"Qalatasaray" "Qarabağ"ı məğlub etdi - YENİLƏNİB

 22:00 26.03.2023     1348

Bu gün Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə oyunu keçirilib. 

Redaktor.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan qarşılaşma "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qolları 4-cü dəqiqədə Bafetimbi Qomis, 18-ci dəqiqədə Redon Cica, 87-ci dəqiqədə Mauro İkardi vurub.

Qeyd edək ki, xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyib. Buna görə “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxıb.

***

"Qarabağ" və "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda Türkiyə komandası önə keçib.

Redaktor.az xəbər verir ki, "Qalatasaray"ın oyunçusu Mauro İkardi 87-ci dəqiqədə penaltini dəqiqliklə yerinə yetirib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda  ilk hissə başa çatıb. 

Redaktor.az xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1. 

4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb. 

18-ci dəqiqədə Redon Cica tarazlığı bərpa edib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda  növbəti qol vurulub. 

Redaktor.az xəbər verir ki, "köhlən atlar"ın heyətində Redon Cica 18-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb. 

Redaktor.az xəbər verir ki, 4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında yoldaşlıq oyunu başlayıb. 

Redaktor.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

***

Bakıda xeyriyyə oyununda üz-üzə gələcək "Qarabağ" və Türkiyə "Qalatasaray"ının start heyətləri bəlli olub.

Redaktor.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 41. Anar Nəzirov, 94. Ayhan Arazlı, 21. Rauf Hüseynli, 83. Nihad Quliyev, 22. İsmayıl İbrahimli, 83. Nəriman Axundzadə, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov

"Qalatasaray": 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir
Ehtiyat oyunçular: 12. Atakan Ordu, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy, 5. Lukas Torreyra, 6. Fredrik Midtşö, 22. Berkan Kutlu, 59. Caner Doğan, 64. Xuan Mata, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi
Baş məşqçi: Okan Buruk

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Oyun HaberGlobal və CBC Sport telekanallarında canlı yayımlanacaq.