İlham Əliyevə "Qalatasaray" forması hədiyyə edildi - FOTO
Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunundan öncə "Qalatasaray"ın prezidenti Dursun Özbek Azərbaycan Prezidenti İlham Əliyevə klubun formasını hədiyyə verib.
Redaktor.az xəbər verir ki, Dursun Özbek dövlət başçısına komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyununa baxıblar.
Matç "Qalatasaray" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.