Özümüzü evimizə gəlmiş kimi hiss etdik - Okan Buruk

 23:15 26.03.2023     418

"Bakıda möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evimizə gəlmiş kimi hiss etdik. Matçın məqsədi Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardımın edilməsi idi. Həmçinin Türkiyə-Azərbaycan qardaşlığını göstərmək və "Qalatasaray" azarkeşləri ilə görüşmək idi".

Redaktor.az xəbər verir ki, bunu “Qarabağ” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, "Qarabağ"a və stadionda hər iki komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Gözəl gecə oldu. Komandalar çox az zədə ilə oynadılar. Oyunu dəyərləndirsək, matçın əvvəlindən sonunadək "Qarabağ"ı konsentrasiyası yüksək, matça daha hazır komanda kimi gördüm. Qələbə qazandığımız üçün şadıq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.