Polis Holandla bağlı araşdırma aparır - FOTO

 20:34 29.03.2023     328

“Mançester Siti”nin futbolçusu Erlinq Holand İngiltərədə problemlə üzləşib.

Redaktor.az xəbər verir ki, norveçli forvardın əlində telefonla avtomobil sürməsi ilə bağlı foto yayılıb. Mançester polisindən bildirilib ki, görüntülərdən xəbərdardırlar və araşdırma aparılır.

Holandı 200 funt sterlinq cərimə və 6 bal cərimə gözlədiyi bildirilir. Ancaq məbləğin 1000 funt sterlinqə qalxması da mümkündür. Holand sürücülük vəsiqəsini son iki il ərzində alıbsa, bu zaman o, sürücülük hüququndan məhrum edilə də bilər.