Neymar kazinoda 1 milyon avrodan çox pul uduzdu

 23:15 29.03.2023     396

Braziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar onlayn kazinoda böyük məbləğdə pul uduzub.

Redaktor.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videoçarx yayılıb.

31 yaşlı hücumçu 2 saat ərzində 1 milyon avrodan çox pul itirib.

Qeyd edək ki, zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vuran forvard qumara olan marağı ilə diqqət çəkir.