Paralimpiyaçısı Xorvatiyada gümüş medal qazandı

 23:59 30.03.2023     319

Azərbaycanın qadın paralimpiyaçısı Sona Ağayeva Xorvatiyada gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Redaktor.az-a verilən məlumata görə, bocciaçı "Zagreb 2023 World Boccia Challenger" turnirində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.