Ramosa fantastik təklif - PSJ-də aldığından 3 dəfə çox maaş

 10:33 31.03.2023     309

PSJ-nin müdafiəçisi Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Redaktor.az xəbər verir ki, informasiyanı " L’Equipe" yayıb.

Xəbərə görə, sözügedən ölkənin "Əl-Hilal" klubu ispan müdafiəçiyə Fransa klubunda aldığından təxminən 3 dəfə çox - illik 30 milyon əməkhaqqı təklif edib. Mənbə məbləğin 50 milyona qədər artırıla biləcəyini və Ramosun bu varianta isti yanaşdığını vurğulayıb.

Qeyd edək ki, Ramos bu mövsüm PSJ forması ilə bütün turnirlərdə 36 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.