"Messinin "Barselona"da olması naminə hər şey edəcəyəm"

 17:14 31.03.2023     340

"Barselona"nın baş məşqçisi Xavi 2021-ci ilin yayında Kataloniya klubundan azad agent qismində ayrılaraq PSJ ilə müqavilə bağlayan Lionel Messinin geri qayıtması üçün bacardığını edəcəyini deyib.

Redaktor.az xəbər verir ki,  mütəxəssisin dediklərini "Sport.es" belə çatdırıb:

"İndi Leonun qayıtması ilə bağlı danışmaq üçün uyğun zaman deyil. Ancaq onun yenidən "Barselona"da olması naminə hər şey edəcəyəm. Messi ilə tez-tez danışırıq. Lakin söylədiyim kimi, indi bu məsələni müzakirə etməyi istər Messinin özü, istər klub, istərsə də hazırki heyət prizmasından uyğun saymıram. İstəyirəm ki, o, qayıtsın və bizə kömək etsin. Leo futbol tarixinin ən yaxşı oyunçusudur".

Xatırladaq ki, Messinin PSJ ilə anlaşmasının müddəti cari mövsümün sonunda başa çatacaq.