"Qalatasaray"a tarixi təklif - 28 milyon avro!

 00:06 01.04.2023     752

Bu mövsümün əvvəlində "Arsenal"dan 6 milyon avroya "Qalatasaray"a transfer olunan Torreyranın klubdan ayrılacağı gözlənilir.

Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, İtaliyaya qayıdacağı ehtimal olunan ulduz futbolçu üçün "Milan"ın iddialı təklif hazırlayıb.

"Rossonyerlər" Lukas Torreyra üçün İstanbul təmsilçisinə 28 milyon avro təklif edəcək.

Bu təklifi qəbul etməyə razı olan "Qalatasaray” bununla yeni rekorda imza atacaq.

Belə ki, bu, "Qalatasaray”ın bir oyunçu üçün əldə etdiyi ən böyük tranfer məbləği olacaq.

Bundan əvvəl Badou Ndiayeni 16 milyon avroya “Stok Siti”yə satan “Qalatasaray” klub rekordunu qırıb.