PSJ Messidən imtina edir?

 20:23 04.04.2023     339

Fransanın "Paris Sen-Jermen" futbol klubunun argentinalı hücumçusu Lionel Messi çox güman ki, mövsümün sonunda komandanı tərk edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Frans Press" klubdakı mənbəyə istinadən məlumat yayıb.

"Müqavilə iyunda başa çatdıqda, onun gedişi daha çox ehtimal olunur, lakin bu, yekun deyil. Yeni müqavilə imzalanmayıb, danışıqların dinamikası tamamilə dəyişib, çünki PSJ müqaviləni uzatmağa az meyllidir",- mənbə bildirib.

Qeyd edək ki, Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir.

Komandanın heyətində hücumçu müxtəlif turnirlərdə 67 matçda 29 qol vurub və 32 məhsuldar ötürmə verib.

Argentinalı PSJ ilə birlikdə Fransa çempionu və ölkə Superkubokunun qalibi olub.

Tunar Altunbay