AVRO-2025 bu ölkədə keçiriləcək

 21:43 04.04.2023     304

Qadın futbolçular arasında 2025-ci il Avropa çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub.

Redaktor.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir İsveçrədə keçiriləcək.

Qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda baş tutan iclasında qəbul edilib.

16 komandanın iştirak edəcəyi turnir 2025-ci ilin yayında İsveçrənin səkkiz məkanında gerçəkləşəcək.