Gözləməyək, istefaya göndərək! - AFFA-nın baş katibi

 13:48 07.04.2023     497

AFFA-nın baş katibi Sərxan Hacıyevı millinin baş məşqçisi Canni De Byazi ilə bağlı fikrini qətiləşdirib.

Redaktor.az xəbər verir ki, o, italiyalının yığmanın sükanı arxasından uzaqlaşdırılmasına tərəfdardır.

Ötən ilin mayında vəzifəyə gələn gənc funksioner 65 yaşlı çalışdırıcı ilə müqaviləyə birtərəfli xitam verilməsinə çalışır.

Baş katib öz mövqeyini AFFA-nın əsas himayədarına - SOCAR-a da çatdırıb.

S.Hacıyev AVRO-2024-ün seçmə mərhələsinə Avstriya (1:4) və İsveç (0:5) məğlubiyyətləri ilə start verən De Byazinin vəzifədə qalacağı təqdirdə, yığmanı daha biabırçı nəticələr göstərəcəyi qənaətindədir, bunu da neft şirkətinin mənsubları ilə məsləhətləşmə zamanı dilə gətirməkdən çəkinməyib.