Rusiyada futbol matçı rekorda hesabla başa çatıb

 21:32 08.04.2023     411

Taqanroqun “Forte” klubu futbol üzrə Rusiya çempionatının II Liqasının 1-ci qrupunun oyununda evdə “Essentuki”yə 15:0 hesabı ilə qalib gəlib.

Redaktor.az xəbər verir ki, qalib komandanın heyətində dörd futbolçu hettrik edib: Petr Volodkin, Dmitri Lavrişev, Nikita Muromski və Şamil Saaduyev.

Yeqor Mogilev, Roman Romanov və İdris Musluev hərəyə bir qol vurublar.

“Forte” 40 xal toplayıb və turnir cədvəlində beşinci pillədə qərarlaşıb, “Essentuki” isə mövsüm ərzində topladığı beş xalla sonuncu pillədədir.