Məşhur türk futbolçu deputatlığa namizəd ola bilər

 16:20 09.04.2023     321

İdman karyerasını sonlandırmış türk əsilli almaniyalı futbolçu Mesut Özil deputatlığa namizəd ola bilər.

Redaktor.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, onun namizədliyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən irəli sürüləcək.

Hələlik bu barədə rəsmi məlumat yoxdur. Futbolçu da məsələyə münasibət bildirməyib.