200 qola ən gənc yaşda sevinən ikinci futbolçu oldu
İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holann XXI əsrdə 200 qol həddinə ən gənc yaşda çatan ikinci oyunçu olub.
Redaktor.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın XXX turunda “Sauthempton”la (4:1) qarşılaşmada dubl edən norveçli hücumçu 22 yaş 261 günündə ikinci “yüzlüy”ü tamamlayıb.
O, bunu həyata keçirmək üçün braziliyalı Neymardan cəmi 6 gün gec qalıb. “Sambaçı” 2014-cü ildə İspaniya “Barselona”sında olarkən 22 yaş 256 günündə 200-cü qolunu vurub.
Tarixi rekord əfsanəvi braziliyalı Peleyə məxsusdur. O, 1960-cı ildə “Santos”un heyətində 19 yaş 292 günündə 200-cü qolunu vurub.
|
Futbolçu |
Ölkəsi |
Yaşı |
Tarix |
Klubu |
Oyun |
1 |
Neymar |
Braziliya |
22 yaş 256 gün |
18/10/2014 |
“Barselona” |
“Eybar” – 3:0 |
2 |
Erlinq Holann |
Norveç |
22 yaş 261 gün |
08/04/2023 |
“Mançester Siti” |
“Sauthempton” – 4:1 |
3 |
Kilian Mbappe |
Fransa |
23 yaş 014 gün |
03/01/2022 |
PSJ |
“Vann” – 4:0 |
4 |
Lionel Messi |
Argentina |
24 yaş 054 gün |
17/08/2011 |
“Barselona” |
“Real Madrid” – 3:2 |
5 |
Raul |
İspaniya |
24 yaş 160 gün |
04/12/2001 |
“Real Madrid” |
“Panatinaikos” - 3:0 |
6 |
Ali Aşfaq |
Maldiv adları |
24 yaş 216 gün |
10/04/2010 |
“VB Sports” |
“Valensiya” – 5:0 |
7 |
Romelu Lukaku |
Belçika |
24 yaş 304 gün |
13/03/2018 |
“Mançester Yunayted” |
“Sevilya” – 1:2 |