Vasif Talıbovun oğlu iclasa çağırılmadı

 17:24 12.04.2023     395

Ötən gün Azərbaycan Şahmat Federasiyasında (AŞF) iclas keçirilib. Tədbirdə federasiyanın prezidenti Mahir Məmmədov, I vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova və İcraiyyə Komitəsinin üzvü Cahangir Ağarəhimov iştirak edib.  Maraqlıdır ki, federasiyanın vitse-prezidenti Seymur Talıbov iclasda iştirak etməyib.

Redaktor.az xəbər verir ki, Talıbov ümumiyyətlə tədbirə dəvət olunmayıb. Naxçıvan Muxtar Respublikasının keçmiş sədri Vasif Talıbovun oğlunun federasiyadakı vəzifəsində qalıb-qalmayacağı da dəqiq deyil.

İclasda qadın və kişi şahmatçıların şəxsi Avropa çempionatında yekun nəticələr əsas müzakirə obyekti olub. Həmçinin millinin belaruslu məşqçisi Mixail Şereşevski və Rusiya şahmatçısı, məşqçi Yevgeni Tomaşevskinin məruzəsi dinlənilib. Daha sonra AŞF-nin Məşqçilər Komissiyasının rəhbəri Anar Allahverdiyev, məşqçilər Fərid Abbasov və Nicat Məmmədov çıxış edib (qaynarinfo).