Məşhur futbolçu komanda yoldaşına yumruq atdı

 20:59 12.04.2023     409

Almaniyanın "Bavariya" komandasında xoşagəlməz hadisə baş verib.

Redaktor.az xəbər verir ki, Münhen təmsilçisinin iki futbolçusu - Sadio Mane ilə Leroy Sane İngiltərədə "Mançester Siti"yə uduzduqları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra dava ediblər.

Hadisəyə almaniyalı yarımmüdafiəçinin seneqallı hücumçu ilə kobud rəftarı səbəb olub. Sanenin danışıq tərzini bəyənməyən Mane qəflətən ona yumruq zərbəsi endirib. Bundan sonra əlbəyaxa dava etməyə başlayan futbolçuları komanda yoldaşları çətinliklə sakitləşdiriblər.

Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.