Avropa Liqasında gecənin nəticələri

 09:00 14.04.2023     420

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Redaktor.az xəbər verir ki, bu raundda daha 3 qarşılaşma keçirilib.

İspaniya "Sevilya"sı İngiltərədə "Mançester Yunayted"lə əzmkar heç-heçə edib. "Qırmızı şeytanlar" ilk hissədən sonra hesabda öndə olsalar da, ikinci yarıda qələbəni əldən veriblər. "Yuventus" İtaliyada Portuqaliya "Sportinq"i üzərində çətin qələbə qazanıb. Belçika "Union"u isə Almaniyada "Bayer"lə heç-heçəyə razılaşıb.

UEFA Avropa Liqası
1/4 final, ilk oyunlar
13 aprel

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) - 2:2
Qollar: Marsel Zabitser, 14; 21 - Tayrell Malasiya, 85 (avtoqol). Harri Maquayr, 90+3 (avtoqol)

23:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) - 1:0
Qol: Federiko Qatti, 73

23:00. "Bayer" (Almaniya) - "Union" (Belçika) - 1:1
Qollar: Florian Virts, 83 - Viktor Bonifase, 51

Qeyd edək ki, cavab matçları aprelin 20-də keçiriləcək.