Arda Turan baş məşqçi təyin olundu

 13:52 14.04.2023     471

Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.

Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.

Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.

Arda Turan həftəsonu "Göztepe" ilə oynanılacaq maçda komandasının başında olacaq və baş məşqçi kimi ilk dəfə sınaqdan keçəcək.

Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" və "Barselona" klublarının da şərəfini qoruyub.

Tunar Altunbay