“Azərreyl” qızıl medala bir addım da yaxınlaşdı
Qadın voleybolçular arasında Azərbaycan çempionatında final mərhələsinin növbəti oyunları keçirilib.
Redaktor.az xəbər verir ki, Voleybol Mərkəzində əvvəlcə “Abşeron” və “Azərreyl” üz-üzə gəliblər.
Çempionluq üçün yarışan komandaların birinci matçında qələbə qazanan “Azərreyl” bu oyunu da üstün tamamlayıb. Eldar Yusubovun kollektivi 3:0 (25:19, 25:20, 25:22) hesablı qələbə qazanıb.
Bürünc medal uğrunda mübarizə aparan UNEC və “Murov” qarşılaşıblar. Görüş cütün ilk matçında qələbə qazanmış “Murov”un üstünlüyü ilə keçib. Üç set davam edən qarşılaşmada Vüqar Əliyevin yetirmələri rəqibini quru hesabla 3:0 (25:11, 25:14, 25:9) məğlub ediblər.