Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Ermənistanı tərk etdi - YENİLƏNİB

 15:50 15.04.2023     629

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi hazırda Gürcüstandadır, millimiz bu gün Vətənə qayıdacaq.

Bu barədə Redaktor.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev məlumat verib.

"Azərbaycan nümayəndə heyəti avtobusla Ermənistanı tərk edərək Gürcüstana daxil olub", - o, əlavə edib.

Nazirlik sözçüsü bildirib ki, komandanı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də Vətənə çatacaq.

***

“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq Ermənistanı tərk edib”.

Redaktor.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi keçib.