İrəvanda qızıl medal alan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi - VİDEO
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda türkiyəli altel Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medal qazanıb.
Redaktor.az xəbər verir ki, idmançı medalını azərbaycanlı həmkarlarına həsr etdiyini, onları dəstəklədiyini bildirib.
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu idmançını bu uğuru münasibətilə təbrik edib.