"Sabah" "Qarabağ"ı dayandırdı

 21:26 16.04.2023     848

"Qarabağ" Azərbaycan çempionatında 536 gündən sonra ilk məğlubiyyətini alıb.

Redaktor.az xəbər verir ki, bu, Premyer Liqanın XXX turunda "Sabah"la keçirilən oyuna təsadüf edib.

"Bank Respublika Arena"da baş tutan qarşılaşmada bakılıların 2:1 hesablı qələbə qazanıblar. Murad Musayevin başçılıq etdiyi kollektiv Ağdam təmsilçisinin çempionatda 18 aylıq məğlubiyyətsizlik seriyasına son qoyub.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda buna qədər axırıncı dəfə 2021/2022 mövsümünün VIII turunda səfərdə “Səbail”ə uduzub. 2021-ci il oktyabrın 25-də keçirilən matçda "dənizçilər" 3:1 hesablı qələbə qazanıb.
“Qarabağ” iki məğlubiyyət arasında keçirdiyi 49 oyunun 40-da qələbə qazanıb, 9-da rəqibləri ilə heç-heçə edib.

Qeyd edək ki, hazırda “Qarabağ” 77 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 68 xalla ikinci pillədə qərarlaşır.