"Bu, bizim üçün tarixi qələbədir" - "Sabah"ın məşqçisi

 21:39 16.04.2023     1518

"Bu, bizim üçün tarixi qələbədir".

Redaktor.az xəbər verir ki, bunları "Sabah"ın məşqçisi Artur Olenin evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXX tur oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis nəticənin matça görə olduğunu bildirib: "Çox yaxşı oyun oldu. Kifayət qədər aktiv və aqressiv mübarizə getdi. Hər iki tərəfin təhlükəli qol epizodları var idi. Sonlara doğru bir az gərginlik oldu. Layiqli qələbə qazandıq".

Olenin rəqiblərin çıxışının onlar üçün maraqlı olmadığını söyləyib: "Qalan altı turda qalib gəlib yekun nəticəyə baxacağıq".