Bolqarıstanlı güləşçidən Hacı Əliyevə hörmətsizlik - VİDEO

 23:22 18.04.2023     445

Hacı Əliyev bu gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az offsideplus.az-a istinadla xəbər verir ki, pəhləvanımız həlledici görüşdə Bolqarıstan təmsilçisi Ramazan Ramazanovu 10:3 hesabı ilə məğlub edib.

Qarşılaşmadan sonra Hacı hörmət əlaməti olaraq rəqibinə əl uzadıb. Lakin Ramazanov onunla əl sıxışmayıb. O, hətta Hacını itələyib.

Həmin görüntüləri təqdim edirik: