Almaniya və Portuqaliya klubları bu gecə möcüzə axtaracaq - Çempionlar Liqası

 09:29 19.04.2023     274

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Redaktor.az xəbər verir ki, Münhen və Milanda baş tutacaq matçlarla növbəti yarımfinalçılar müəyyənləşəcək.

İngiltərə təmsilçisi “Mançester Siti” Almaniyada yerli “Bavariya”nın qonağı olacaq. İlk görüşdə doğma arenasında 3 cavabsız qolla qalib gələn “şəhərlilər” cavab qarşılaşmasına böyük üstünlüklə çıxacaqlar.

Digər cütdə İtaliya “İnter”i Portuqaliya təmsilçisi “Benfika”nı sınağa çəkəcək. Səfərdə 2:0 hesablı qələbə qazanan “neradzurra” bu üstünlüyünü qorumağa çalışacaq. “Benfika” isə “Bavariya” kimi, möcüzə axtarışında olacaq.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

19 aprel

23:00. “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə)

Baş hakim: Klemen Turpin (Fransa)

Münhen, “Allianz Arena”

İlk oyun – 0:3

23:00. “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya)

Baş hakim: Karlos Del Serro (İspaniya)

Milan, “Cüzeppe Meatsa”

İlk oyun – 2:0