PSJ-nin baş məşqçisi həbs edilə bilər

 16:51 19.04.2023     317

Fransanın PSJ klubunun baş məşqçisi Kristofer Qaltye həbs edilə bilər.

Redaktor.az "RMC Sport"a istinadən xəbər verir ki, buna 57 yaşlı mütəxəssisin irqçi ifadələr işlətməsi səbəb olub.

İddialara görə Qaltye "Nitsa"da işləyərkən idman direktoruna deyib ki, komandada bu qədər qaradərili və müsəlman futbolçu olmamalıdır.

Müstəntiqlər sözügedən klub prezidenti Jan-Pyer Riveranın ifadəsini alıblar. Yaxın vaxtlarda digər rəsmi şəxslər də dindiriləcək. İttiham sübuta yetirilsə, baş məşqçi üç il azadlıqdan məhrum olacaq və 45 min avro cərimə ödəyəcək.

Kristofer Qaltye də iddialarla bağlı məhkəməyə müraciət etmək niyyətindədir. Artıq aprelin 14-də Nitsa prokurorluğu ilkin araşdırmaya start verib.