Mahir Emreli "Konyaspor"da ilk qolunu vurdu - VİDEO

 23:30 19.04.2023     372

Azərbaycan millisinin futbolçusu Mahir Emreli icarə əsasında çıxış etdiyi Türkiyə "Konyaspor"unda ilk qolunu vurub.

Redaktor.az xəbər verir ki, 26 yaşlı hücumçu evdə "Adana Demirspor"a qarşı keçirdikləri Superliqanın XXX tur oyununda fərqlənib.

41-ci dəqiqədə rəqib qapısına yol tapan forvard hesabı bərabərləşdirib - 1:1.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur.