Çempionlar Liqasında yarımfinalın bütün iştirakçıları BİLİNDİ

 09:32 20.04.2023     387

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Redaktor.az xəbər verir ki, son iki cavab oyunundan sonra yarımfinalın bütün iştirakçıları bəlli olub.

İngiltərədəki ilk görüşdə Almaniya "Bavariya"sını darmadağın edən "Mançester Siti" ikinci qarşılaşmada heç-heçə edərək adını növbəti mərhələyə yazdırıb.

Digər cütdə isə "İnter" İtaliyada Portuqaliya "Benfika"sı ilə bərabərə qalmaqla ən güclü 4 komanda arasına düşməyi bacarıb. Milan təmsilçisi Lissabondakı ilk görüşdə rəqibindən üstün olmuşdu.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
19 aprel

23:00. “Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:1
Qollar: 
Yozua Kimmix, 83 (penalti) - Erlinq Holann, 57
İstifadə edilməyən penalti: Erlinq Holann, 38 ("Mançester Siti")
Baş hakim: Klemen Turpin (Fransa)
Münhen, “Allianz Arena”
İlk oyun – 0:3

23:00. “İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) - 3:3
Qollar:
 Nikolo Barella, 14. Lautaro Martines, 65. Xoakin Korrea, 78 - Fredrik Eursnes, 38. Antonio Silva, 86. Petar Musa, 90+5
Baş hakim: Karlos Del Serro (İspaniya)
Milan, “Cüzeppe Meatsa”
İlk oyun – 2:0

Qeyd edək ki, daha əvvəl İspaniya "Real Madrid"i ilə İtaliya "Milan"ı yarımfinala adlayıb. Finala gedən yolda "kral klubu" "Mançester Siti" ilə, "rossonyerlər" isə "İnter"lə qarşılaşacaq. Bu raundun qarşılaşmaları 9-10 və 16-17 mayda oynanılacaq.

Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.