Ərəblər Ronaldonun bu ədəbsiz jestinə görə ölkədən qovulmasını tələb edir
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu hücumçusu Kriştiano Ronaldo ilə bağlı yaşanan qalmaqala görə bəyanat yayıb.
Redaktor.az goal.com-a istinadla xəbər verir ki, portuqaliyalı futbolçu ölkə çempionatında “Əl-Hilal”a qarşı çempionat oyununda (0:2) meydanı tərk edərkən tribunadan azarkeşlər Messinin adını qışqıran zaman ədəbsiz jest edib. Bundan sonra onun ölkədən deportasiya edilməsi ilə bağlı çağırışlar edilib.
Klubun məsələ ilə bağlı yaydığı açıqlamada bildirilib:
“Ronaldo zədələnib. Onun “Əl-Hilal”ın futbolçusu Qustavo Kuellar ilə toqquşması çox həssas nahiyədən zərbə almasına səbəb olub. Bu, təsdiqlənmiş məlumatdır. Azarkeşlərin izahatlarına gəlincə, onlar istədiklərini düşünməkdə azaddırlar”.
Xatırladaq ki, Genuya Universitetinin hüquqşünası və professoru Nouf bin Əhməd ədəbsiz jestinə görə Ronaldonun həbsi və ölkədən deportasiyası üçün Səudiyyə Ərəbistanı Prokurorluğuna sorğu göndərmək niyyətində olduğunu açıqlayıb.