Samboçularımız Avropa çempionatında 4 medal qazandı - FOTO

 18:00 21.04.2023     383

Sambo üzrə Azərbaycan milli komandası İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.

Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Mirfəttah Seyidəliyev (64 kq) ikinci yeri tutub.

Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.

222