Güləşçimiz yenə eyni erməniyə qalib gəlib finala çıxdı
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında
Redaktor.az xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Qraçya Poqosyanı (Ermənistan) sınağa çəkib.
Məmmədov bunadək 2 dəfə məğlub etdiyi erməni güləşçiyə yenə öz gücünü göstərib. Rəqibinə 5:1 hesabı ilə qalib gələn Azərbaycan idmançısı adını finala yazdırıb. O, qızıl medal uğrunda görüşdə Leri Abuladze (Gürcüstan) ilə üz-üzə gələcək.
Digər yunan-Roma güləşçimiz Eldəniz Əzizli Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb. 55 kq-da mübarizə aparan idmançı finala gedən yolda Denis Mihayla (Rumıniya) qarşılaşıb. 9:1 hesabı ilə qalib gələn Əzizli həlledici qarşılaşmaya vəsiqə qazanıb.