Qurban Qurbanov oğlunun İtaliya klubuna keçidi barədə DANIŞDI

 01:24 22.04.2023     360

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlının İtaliyanın “Torino” klubuna transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, o, yayılan xəbəri təkzib edib:

“Musa Qurbanlının “Torino”ya keçidi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Qeyd edək ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı cari mövsümdə vurduğu 20 qolla çempionatın bombardiridir.