İlon Maskdan Ronaldoya “Twitter” sürprizi - FOTO

 02:35 22.04.2023     367

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu sosial şəbəkələrdən birində mavi işarəsini itirib.

Redaktor.az xəbər verir ki, söhbət hazırda ciddi yenidənqurmaya məruz qalan “Twitter”dən gedir.

Bu, “İlon Maskın təmizlənməsi” adlandırılan əməliyyat çərçivəsində baş verib. İndi bu sosial şəbəkədə mavi işarə pulla satılır.

Qeyd edək ki, Kriştianu ilin əvvəlindən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. 38 yaşlı portuqaliyalı yerli liqada keçirdiyi 11 oyunda 11 qol vurub (oxu.az).