Məşq zamanı ürəyi dayanan "Qarabağ"lı futbolçunun son VƏZİYYƏTİ

 19:49 22.04.2023     499

“Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadəyə həkimlərin müdaxiləsi uğurlu alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi hazırda 21 yaşlı müdafiəçinin vəziyyətinin stabil olduğunu bildirib: "Onun qarşıdakı günlərdə daha yaxşı olacağına ümid edirik".

Qeyd edək ki, Şirxan Həsənzadənin bu gün məşq zamanı ürəyi dayanıb. O, təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılıb(report).