Messi ərəblərin bu təklifi qarşısında "əridi" - "Barselona" geri çəkildi
PSJ-nin superulduzu Lionel Messi "Barselona"ya qayıtmaqla bağlı qərarını qətiləşdirməyib.
Redaktor.az xəbər verir ki, bu iddia tanınmış insayder Rudi Qalettiyə məxsusdur.
Xəbərə görə, "Loryan"la matçdan sonra argentinalı futbolçu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun təmsilçiləri ilə görüşəcək.
Mənbə ərəblərin 35 yaşlı oyunçuya futbol tarixində görünməmiş məbləğdə maaş - illik 400 milyon avro əməkhaqqı ödəməyə hazır olduğunu və Messinin bu təklif qarşısında "əridiyini" vurğulayıb.
Qeyd edək ki, Leonun PSJ ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.