“Barselona” bir qolla qalib gəldi - VİDEO

 21:10 23.04.2023     412

İspaniya La Liqasında XXX tur davam edir.

Redaktor.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri Kataloniyada baş tutub.

“Barselona” əfsanəvi “Kamp Nou”da “Atletiko”nu qəbul edib.

Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın 44-cü dəqiqəsində fərqlənən Ferran Torres “Barselona”ya 3 xal qazandırıb.

Bu nəticə ilə xallarının sayını 76-a çatdıran “Barsa” liderdir. “Atletiko” isə 60 xalla üçüncü pillədə qalıb.