Messi Busketsi “Barselona"da saxladı

 21:59 27.04.2023     609

Serci Buskets “Barselona” ilə müqaviləsini uzatmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, yarımmüdafiəçisi soyunub-geyinmə otağında komanda yoldaşlarına klubun təklifini qəbul etmək niyyətində olduğunu bildirib. Ona daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə təklif edilib. Hərçənd, futbolçunun maaşı xeyli azalacaq.

Qeyd olunur ki, Busketsin qərarında Lionel Messi və Jordi Alba ilə son şam yeməyi əsas rol oynayıb. Argentinalının “Barsa”ya mümkün qayıdışı yarımmüdafiəçinin planlarına təsir edib.