Dünya nəhəngi Arda Gülər ilə danışıqlara başladı

 19:50 29.04.2023     676

“Fənərbağça”nın futbolçusu Arda Güler daha bir Avropa nəhənginin transfer siyahısına düşüb.

Redaktor.az “NTV Spor”a istinadən xəbər verir ki, PSJ gənc oyunçunun xidmətində maraqlıdır. Məlumata görə, Fransa klubu artıq onun üçün danışıqlara başlayıb.

“Fənərbağça” Ardanın satışından böyük məbləğ etmək istəyir. İstanbul təmsilçisi 18 yaşlı futbolçunun müqaviləsinə 35 milyon avroluq sərbəstqalma bəndi əlavə etmək niyyətindədir.