Qurban Qurbanovun oğlu Azərbaycan derbisini buraxacaq

 13:18 02.05.2023     344

Azərbaycan Premyer Liqasının bombardiri olan “Qarabağ”ın futbolçusu Musa Qurbanlı XXXII turda “Neftçi” ilə bu gün keçiriləcək oyunu buraxacaq.

Redaktor.az xəbər verir ki,, 21 yaşlı hücumçu 4 sarı vərəqə limitini doldurduğu üçün Azərbaycan derbisində iştirak edə bilməyəcək.

Vaxtilə məhz “Neftçi”nin yetirməsi olan II turda “Sumqayıt”, IX turda “Qəbələ”, XX tur “Şamaxı” və XXXI turda “Zirə” ilə ilə matçlarda sarı vərəqə alıb.

Qarşılaşma öncəsi ağdamlıların digər oyunçularının hamısı məşqçilər korpusunun sərəncamında olacaq.

Həmçinin, “Neftçi” də prinsipial rəqibi ilə saat 20:00-da “Bakcell Arena”da keçiriləcək görüşə ideal heyətlə çıxa biləcək.

Qeyd edək ki, Musa Qurbanlı 20 qolla Premyer Liqanın bombardirlər yarışına başçılıq edir.