“Qarabağ” “Neftçi”yə 4 qolla qalib gəldi

 22:59 02.05.2023     322

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun son matçı lider “Qarabağ”la əzəli rəqibi “Neftçi” arasında keçirilib. Altı qolun vurulduğu oyunda qələbəni Ağdam təmsilçisi bayram edib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”a, “Şamaxı” isə “Sabah”a 0:1 hesabıyla uduzub. “Qəbələ” evdə “Səbail”ə 4:2 hesabıyla qalib gəlibsə, “Zirə” “Turan Tovuz”a 1:3 hesabıyla məğlub olub.

Azərbaycan Premyer Liqası
XXXII tur
2 may

“Neftçi” – “Qarabağ” 2:4
Qol: M.Saldanya, 40. E.Mahmudov, 64-pen – R.Şeydayev, 10. L.Andrade, 16. M.Saldanya, 54-öz qapısına. A.Zubir, 80.
Qırmızı vərəqə: V.Stankoviç, 31.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Rəşad Əhmədov.
“Bakcell Arena”, 20:00.