Neymar bu fotonu bəyəndiyi üçün tənqid olundu

 12:02 04.05.2023     261

PSJ-nin futbolçusu Neymarın bir paylaşımı bəyənməsi Paris klubunun azarkeşləri tərəfindən etirazla qarşılanıb.

Redaktor.az xəbər verir ki, braziliyalı ulduz TNT Spor kanalının instaqram hesabında paylaşılan və Messi ilə “Barselona”da oynadığı zamanlara aid fotonu “like” edib. 

Fotonun üzərinə isə “bilirəm ki, siz də eyni şeyi düşünürdünüz. Onlar həmin zaman daha xoşbəxt idilər” sözləri yazılıb. 

Neymar postu bəyəndikdən sonra PSJ azarkeşləri onu tənqid atəşinə tutub. 

Qeyd edək ki, Neymar hazırda zədəlidir. Messi isə ailəsi ilə birgə Səudiyyə Ərəbistanına getdiyi üçün klub rəhbərliyi tərəfindən iki həftəlik məşqlərdən uzaqlaşdırılıb.