"PSJ-nin arzulanan səviyyəyə çatacağını düşünmürəm” - Messi

 14:45 04.05.2023     286

“Feyr-pley qaydaları PSJ-nin “top komandalar”la rəqabət aparmasına əngəl olur”.

Redaktor.az xəbər verir ki, bunu PSJ-nin futbolçusu Lionel Messi deyib.

O, Paris təmsilçisinin avrokuboklardakı zəif çıxışının səbəbini açıqlayıb. Argentinalı futbolçu bildirib ki, xüsusilə maliyyə feyr-pley qaydaları komandanın əl-qolunu bağlayır.

“Fikrimcə, maliyyə məsələlərinə görə klubun cəzalandırılma təhlükəsi yaşaması bizim çıxışımıza mənfi təsir edir. Qaydalardan kənara çıxmamaq üçün rəhbərlik komandanın gücləndirilməsinə lazımi vəsait ayıra bilmir. Bu gedişlə mən PSJ-nin arzulanan səviyyəyə çatacağını düşünmürəm” - Messi deyib.