Messi “Barselona”ya qayıtmaq üçün şərtlərini AÇIQLADI

 18:17 04.05.2023     306

Fransanın PSJ klubundan ayrılmağa hazırlaşan Lionel Messi sabiq komandası olan İspaniya “Barselona”sına qayıtmaq üçün şərtlərini bildirib.

Redaktor.az AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı ulduz futbolçu Kataloniya klubuna iki tələb göndərib.

Argentina millisinin lideri ilk növbədə La Liqa tərəfindən təsdiqlənmiş müqavilə zəmanəti istəyib. Klub bunu qarşılaşmaq üçün maaş fondunu 205 milyon avro azaltmalıdır.

Messinin digər arzusu isə 10 nömrəli formanın yenidən ona verilməsidir. Hazırda bu nömrə klubla müqaviləsi 2027-ci ilə qədər olan Ansu Fatiyə məxsusdur. Ancaq gənc forvard forma nömrəsini dəyişmək fikrindən uzaqdır. “Barselona”nın prezidenti Joan Laporta sabiq kapitanın qayıtması üçün hətta son vaxtlar əsas heyətə düşə bilməyən Fatini satmağa da hazırdır.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. Tərəflər yeni sözləşmənin bağlanmamasını qərara alıblar.