Neymar PSJ-dən ayrılmağa hazır olduğunu açıqladı
“Paris Sen-Jermen”in braziliyalı hücumçusu Neymar klubu tərk etməyə hazır olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “L'Equipe” məlumat yayıb.
Nəşrin məlumatına görə, futbolçu yay transfer pəncərəsində ayrıla bilər.
Martın 11-də məlum olub ki, Paris komandası 2023-cü ilin yayında hücumçu ilə ayrılmaq istəyir.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayından PSJ-də çıxış edir. Futbolçunun dəyəri 70 milyon avro qiymətləndirilir.