Emreli gələn mövsümdə başqa klubda top qovacaq

 13:48 06.05.2023     345

"Dinamo"dan icarə əsasında "Konyaspor"da çıxış edən Mahir Emrelinin iyun ayında müqaviləsinin müddəti başa çatır. 

Redaktor.az xəbər verir ki, Azərbaycan millisinin üzvü cari mövsümün sonunda Zaqreb təmsilçisinə dönəcək. 25 yaşlı hücumçu karyerasını bu klubda davam etdirəcək. "Dinamo"nun baş məşqçisi İqor Bişçan icarədə olan hücumçuların komandaya dönməsini istəyir. 

Qeyd edək ki, Mahirin "Dinamo" ilə 2026-cı ilədək müqaviləsi var (Offsideplus.az ).