Dünya ulduzu "Qalatasaray"ın hədəfində

 16:42 06.05.2023     388

Türkiyənin "Qalatasaray" futbol klubu yeni transferlərin axtarışına start verib.

Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi Roberto Firmino ilə maraqlanır.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Hazırda İngiltərənin "Liverpul" komandasında oynayan futbolçunun təklifə müsbət yanaşdığı bildirilir.

Əgər transfer baş tutsa, "Qalatasaray" mövsüm sonu müqaviləsi başa çatacaq dünya ulduzu üçün ödəniş etməyəcək. 31 yaşlı braziliyalı futbolçunun yüksək maaş tələb etməsinin "sarı-qırmızılılar" üçün ən böyük əngəl olduğu diqqətə çatdırılıb. Buna baxmayaraq, Firminonun Türkiyə klubunun təklifini dəyərləndirə biləcəyi önə sürülüb.

Qeyd edək ki, 2015-ci ildən "Liverpul" forması geyinən Roberto Firmino bu mövsüm meydana çıxdığı 33 matça 11 dəfə fərqlənib.