“Turan" “Neftçi”ni Tovuza gəlməyə peşman etdi
Premyer Liqada 33-cü turun oyunları davam edir.
Redaktor.az xəbər verir ki, bu gün "Neftçi" səfərdə "Turan Tovuz"un qonağı olub. Oyunda gözlənilməz hesab qeydə alınıb.
Meydan sahibləri paytaxt təmsilçisinə 4 cavabsız qolla qalib gəlib.
"Turan Tovuz"un heyətində Runi Eva het-trik edib.
Xatırladaq ki, Azərbaycan kubokunun yarımfinalında da bu komandalar üz-üzə gəlmişdi. İlk oyunda "Turan Tovuz" 1:0 hesablı qələbə qazansa da, cavab matçında "Neftçi" 2:0 qalib gələrək finala yüksəlib.
“Turan Tovuz” – “Neftçi” - 4:0
Qollar: Runi Eva, 16, Roderik Miller, 21, Runi Eva, 44, 61
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev