"Qızıl top" mükafatını qazanmağa əsas namizəd odur

 18:29 08.05.2023     349

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına iddialı futbolçuların yenilənmiş reytinqi açıqlanıb.

Redaktor.az xəbər verir ki, "Goal" nəşrinin hazırladığı siyahıya Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi başçılıq edir. o, mükafatı qazanmağa ən real namizəd hesab olunur.

İngiltərənin "Mançester Siti" klubunun forvardı Erlinq Holann ikinci pillədə qərarlaşıb. İlk "üçlüy"ü Messinin Paris təmsilçisindən komanda yoldaşı Kilian Mbappe tamamlayır.

Yenilənmiş reytinqdə əsas dəyişikliklər ikinci "onluq"la bağlıdır. İtaliya "İnter"indən Lautaro Martines, "Milan"dan Rafael Leau və İspaniya "Real Madrid"indən Rodriqo ilk iyirmi futbolçu arasına düşüblər.