Səid Mollayi diskvalifikasiya olundu - Cudo üzrə millimizidən tam bir fiasko
Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.
Redaktor.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı tatami üzərinə çıxıb.
Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Səid Mollayi (81 kq) 1/16 finalda Fransua Gauthier Drapeau (Kanada) ilə qarşılaşıb. Görüşün gedişində qadağan olunmuş fənd işlədən Mollayi "hansoku-make" ilə cəzalandırılıb və rəqibi qalib elan edilib.
Beləliklə, mundialın dördüncü günü də millimiz üçün medalsız başa çatıb (fanat.az).